Azərbaycanda informasiya və rabitə sektorunda orta maaş 11 %-dən çox artıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycanda informasiya və rabitə sektorunda orta aylıq nominal əməkhaqqı 1 896 manat təşkil edib.

“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu göstərici dövlət sektorunda 1 594 manat, özəl sektorda isə 2 108 manat olub.

Ötən ilin eyni dövrü ilə müqayisədə sektorda orta aylıq nominal əməkhaqqı 11,3 %, o cümlədən dövlət sektorunda 6,6 %, özəl sektorda isə 13,6 % artıb.

Avqustun 1-nə sektorda muzdla çalışan işçilərin sayı 34,2 min nəfər olub ki, bu da bir il əvvəlki göstəricidən 1,5 % çoxdur.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More