Bu ilin yanvar-iyul aylarında Azərbaycanda informasiya və rabitə sektorunda orta aylıq nominal əməkhaqqı 1 896 manat təşkil edib.
“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu göstərici dövlət sektorunda 1 594 manat, özəl sektorda isə 2 108 manat olub.
Ötən ilin eyni dövrü ilə müqayisədə sektorda orta aylıq nominal əməkhaqqı 11,3 %, o cümlədən dövlət sektorunda 6,6 %, özəl sektorda isə 13,6 % artıb.
Avqustun 1-nə sektorda muzdla çalışan işçilərin sayı 34,2 min nəfər olub ki, bu da bir il əvvəlki göstəricidən 1,5 % çoxdur.
Mənbə: Report.Az
Comments are closed, but trackbacks and pingbacks are open.