Bu ilin yanvar-avqust aylarında Azərbaycanın informasiya və rabitə sektoruna 211 milyon manat investisiya qoyulub.
“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 35,4 % azdır.
Təkcə avqustda sektora investisiya qoyuluşu 36,5 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 5,2 % çoxdur.
Hesabat dövründə ölkə iqtisadiyyatına investisiya qoyuluşunun 1,8 %-i informasiya və rabitə sektorunun payına düşüb.
Xatırladaq ki, 2024-cü ildə sektora investisiya qoyuluşu 630,4 milyon manat olub. Bu, 2023-cü illə müqayisədə 59,5 % çoxdur.
Mənbə: Report.Az
Comments are closed, but trackbacks and pingbacks are open.