“BakuBus” Gəncədə – “CityCard” alan hər sərnişinə 2 gediş hədiyyə

İctimai nəqliyyat xidmətlərinin keyfiyyətli və təhlükəsiz təşkili istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində “AZCON Holding” şirkətlərindən olan “BakuBus” MMC tərəfindən Gəncə şəhərində sərnişindaşıma xidmətlərinə hazırlıq işləri davam etdirilir.

Qurumdan “Qafqazinfo”ya verilən məlumata görə, hazırlıq prosesinin tərkib hissəsi olaraq bu gündən etibarən “CityCard” ödəniş kartlarının Gəncə şəhərində bütün “Azərpoçt” filiallarında satışına başlanılacaq. Kartın dəyəri 2 (iki) manat müəyyən edilib.

Qeyd edək ki, xüsusi kampaniya çərçivəsində bir ay ərzində “CityCard” əldə edən hər bir vətəndaşa iki gediş hədiyyə olunacaq.

Gəncədə fəaliyyət göstərən bütün avtobuslarda gedişhaqqını “CityCard” nağdsız ödəniş sistemi, istənilən bank kartları, həmçinin mobil ödəniş vasitələri (“Google Pay” və “Apple Pay”) vasitəsilə ödəmək mümkün olacaq. Eləcə də sərnişinlər “CityCard Azerbaijan” mobil tətbiqini “App Store” və “Google Play”dən yükləməklə balanslarını onlayn artıra, QR kod vasitəsilə ödənişlərini rahat həyata keçirə biləcəklər. Gəncədə fəaliyyət göstərən bütün avtobus marşrut xətlərini əks etdirən Gəncə nəqliyyat xəritəsi sərnişinlərə sürətli və rahat nəqliyyat imkanı yaradacaq.

“BakuBus” MMC-nin Gəncə şəhərində fəaliyyətə başlaması ilə ictimai nəqliyyat xidmətlərinin keyfiyyətinin yüksəldilməsi, sərnişin məmnuniyyətinin təmin olunması və ödəniş proseslərinin tamamilə nağdsız formata keçirilməsi təmin olunacaq.

Mənbə: Qafqazinfo.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More