Gələn ay Azərbaycanda keçiriləcək “CIDC-2025” tədbiri çərçivəsində baş tutacaq “Ağıllı Şəhərlərdə Kibermüharibə” yarışında bir sıra ölkələrin öz komandaları ilə iştirakı razılaşdırılıb.
“Report” Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinə (XRİTDX) istinadən xəbər verir ki, bu, 15-19 sentyabrda Mərakeşin paytaxtı Rabatda keçirilən “Regional Kibertəhlükəsizlik Həftəsi 2025” tədbiri çərçivəsində baş tutub.
Tədbirdə Azərbaycanı təmsil edən XRİTDX-nin baş idarə rəisinin müavini və OİC-CERT İdarə heyətinin üzvü Tural Məmmədov Azərbaycanda kritik informasiya infrastrukturlarının qorunması istiqamətində görülən işlər, dövlət və özəl sektor arasında tərəfdaşlığın inkişafı, risk qiymətləndirilməsi, həyata keçirilən auditlər və kibertəhlükələrin qarşısının alınmasında əldə edilmiş qabaqcıl təcrübələrdən ətraflı məlumat verib.
Xatırladaq ki, tədbirin əsas məqsədi kibertəhlükəsizlik sahəsində regional əməkdaşlığın gücləndirilməsi, kritik infrastrukturun mühafizəsi və rəqəmsal suverenlik prinsipləri əsasında davamlı iqtisadi inkişafın təmin olunmasıdır.
Mənbə: Report.Az
Comments are closed, but trackbacks and pingbacks are open.