İdarə rəisi: Azərbaycanda bələdiyyələrin 90 faizinin internetə çıxışı var

Azərbaycanda 90 faizə yaxın bələdiyyənin internetə, kompüter avadanlıqlarına, müasir texnologiyalara çıxışı təmin olunub. 

“Report” xəbər verir ki, bunu Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Baş idarəsinin rəisi Elmin Həsənov Milli Məclisin Regional məsələlər komitəsinin bugünkü iclasında deyib.

O qeyd edib ki, bələdiyyələrin birləşdirilməsindən sonra proses daha da asanlaşıb: 

“Hazırda bu proses yekunlaşmaq üzrədir. Müvafiq dəyişikliklərdən sonra yeni yaradılan bələdiyyələrin nizamnaməsinin hüquqi aktların siyahısına daxil edilməsi üçün iş görülür. Yəqin ki, ilin sonuna qədər bunu yekunlaşdıracağıq”.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More