AMB bu təşkilatlarda pozuntular aşkarladı

Azərbaycan Mərkəzi Bankı (AMB) ödəniş bazarında fəaliyyət göstərən “Modenis” (“E-manat”) və “Mobile Payment Solutions” (“Portmanat”) MMC-lərə icrası məcburi göstərişlər verib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə AMB məlumat yayıb.

Bildirilib ki, AMB tərəfindən “Modenis” MMC-də həyata keçirilən planlı yoxlama çərçivəsində aşkar edilmiş aidiyyəti qanunvericilik və normativ aktların tələblərinin pozulması halları ilə əlaqədar, “Mərkəzi Bank haqqında” Qanunun 48.2.4-cü və “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Qanunun 63.1-ci maddələrinə əsasən cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşməsinə dair mübarizə, habelə nağd pulla işin təşkili, informasiya təhlükəsizliyi, daxili nəzarət və risklərin idarə edilməsi sahələrində çatışmazlıqların aradan qaldırılması üçün icrası məcburi göstərişlər verilib.

Eyni zamanda, “Mobile Payment Solutions” isə “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Qanunun (Qanun) 9.3-cü maddəsinə əsasən ödəniş agenti tərəfindən reyestrə daxil edilmədən ödəniş xidmətlərinin göstərilməməsi tələbinin pozulması ilə əlaqədar olaraq, AMB tərəfindən Qanunun 63.1-ci maddəsi rəhbər tutularaq, “Mobile Payment Solutions” MMC-yə ödəniş xidmətlərinin ödəniş agentləri vasitəsilə göstərilməsinin dərhal dayandırılmasına dair icrası məcburi olan göstəriş verilib.

Mənbə: Qafqazinfo.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More