Portuqaliyanın “Benfika” klubu “Qarabağ”a uduzduqları UEFA Çempionlar Liqasının əsas mərhələsinin ilk oyunundan sonra baş məşqçisi Brunu Lajeni istefaya göndərib.
“Qafqazinfo” “Portugual.net”ə istinadən xəbər verir ki, bunu “Benfika”nın prezidenti Ruy Koşta açıqlayıb.
“A Bola” nəşri yazıb ki, “Benfika”da baş məşqçi vəzifiəsinə əsas namizəd portuqaliyalı müttəxəssis Joze Mourinyodur. Onunla bu gün rəsmi danışıqlara başlanacağı bildirilib.
Qeyd edək ki, “Qarabağ” səfərdə rəqibi üzərində 3:2 hesablı fantastik qələbə qazanıb.
Mənbə: Qafqazinfo.Az
Comments are closed, but trackbacks and pingbacks are open.