Mingəçevirdə ana və məktəbli övladını maşın vurdu

Mingəçevirdə avtomobil yolu keçən ana və övladını vurub.

“Qafqazinfo” xəbər verir ki, şəhər ərazisində 1988-ci il təvəllüdlü Xəyal Məmmədov idarə etdiyi “Opel” markalı avtomobillə hərəkətdə olarkən yolu keçmək istəyən 1989-cu il təvəllüdlü Yusifova Səfayəni və onun övladı 2014-cü il təvəllüdlü Rüstəm Yusiblini vurub. Yaralılar Mingəçevir Şəhər Xəstəxanasına çatdırılıb.

DİN-in Mətbuat Xidmətinin regional qrupdan sorğuya cavab olaraq bildirilib ki, xəsarətlərlə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı ərazi üzrə polis orqanında təhqiqat araşdırmaları aparılır.

Ziya Əmirxanlı

Mənbə: Qafqazinfo.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More