Avropa Poçtunun (“PostEurop”) Baş Assambleyasının gələn il Azərbaycanda keçirilməsi təklif olunub.
“Report” xəbər verir ki, bu təklif rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Saməddin Əsədovun Ümumdünya Poçt İttifaqının (ÜPİ) 28-ci Konqresi çərçivəsində Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində “PostEurop”un Baş katibi Botond Szebeni və İdarə Heyətinin sədri Elena Fernandez-Rodriguez ilə görüşü zamanı səsləndirilib.
Görüşdə Azərbaycanın ÜPİ-nin Poçt Əməliyyatları Şurası və Administrativ Şuraya namizədliyinə dəstək ifadə olunub, poçt sahəsində beynəlxalq əməkdaşlığın əhəmiyyəti vurğulanıb. Həmçinin poçt rabitəsi xidmətlərində innovativ yanaşmalar və rəqəmsallaşmanın tətbiqi imkanları müzakirə edilib.
Mənbə: Report.Az
Comments are closed, but trackbacks and pingbacks are open.