Sentyabrın 26-da, saat 10:00-da rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Oğuz şəhərində yerləşən Heydər Əliyev Mərkəzində Şəki, Qəbələ və Oğuz rayonlarının sakinlərini qəbul edəcək.
“Report” nazirliyə istinadən xəbər verir ki, nazir bu bölgələrdə göstərilən nəqliyyat, telekommunikasiya, o cümlədən internet, teleradio yayımı və poçt xidmətləri sahəsində əhalini maraqlandıran məsələlərlə bağlı vətəndaşları dinləyəcək.
Qəbula 25 sentyabr 2025-ci il tarixinə qədər nazirliyin Çağrı mərkəzi (1655) və elektron poçtu ([email protected]), 010 250 48 48 və 012 598 58 58 (daxili 222 və 290) nömrəli telefonlar vasitəsilə yazılmaq mümkündür.
Mənbə: Report.Az
Comments are closed, but trackbacks and pingbacks are open.