Gəncədə zəncirvari qəza – 4 nəfər xəsarət aldı-Video

Gəncə şəhərinin Şah İsmayıl Xətai prospektində zəncirvari qəza baş verib.

“Qafqazinfo” xəbər verir ki, hadisə zamanı “Ford Tranzit” markalı yük avtomobili ilə BMW və BYD markalı minik avtomobilləri toqquşub. Nəticədə avtomobillərdə olan  1998-ci il təvəllüdlü P.Verdiyev, 1993-cü il təvəllüdlü M.Abdullayeva, 1976-cı il təvəllüdlü R.Yusifov və daha bir nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

Yaralıların vəziyyətinin orta ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Yunis Quliyev

Mənbə: Qafqazinfo.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More