Türkiyədə yayımlanan “Kim milyoner olmak ister?” yarışmasında iştirakçıya Qəzzada həlak olan uşaqlarla bağlı sual ünvanlanıb.
“Qafqazinfo”nun məlumatına görə, 300.000 TL dəyərindəki sual belə olub:
“UNİCEF-in məlumatlarına görə, 2023-cü ilin oktyabrından bəri Qəzzada 1 günə öldürülən uşaqların sayı nə qədərdir?”
Cavab variantları isə müvafiq olaraq 2, 4, 8, və 28 olub.
Maraqlısı isə budur ki, iştirakçı doğru cavabı (D variant-28-red.) tapsa da, verilişin aparıcısı Oktay Kaynarca bu dəfə doğru cavabı fərqli reaksiya ilə qəbul edib:
“Burada səsləndirilən hər doğru cavab üçün alqışlar səslənir. Amma bu cavaba alqış istəmirik”.
Mənbə: Qafqazinfo.Az
Comments are closed, but trackbacks and pingbacks are open.