Oktyabrın 4-10-da Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentliyin (“Azərkosmos”) təşkilatçılığı ilə Azərbaycanda Ümumdünya Kosmos Həftəsi (World Space Week) keçiriləcək.
“Report” xəbər verir ki, bu barədə Agentlik məlumat yayıb.
Bildirilib ki, Birləşmiş Millətlər Təşkilatının qərarı ilə hər il dünyanın 90-dan çox ölkəsində qeyd olunan Ümumdünya Kosmos Həftəsi artıq 4-cü ildir Azərbaycanda keçirilir.
Builki tədbirin mövzusu “Kosmosda Həyat” olacaq. Onun əsas məqsədi gəncləri kosmos sahəsinə həvəsləndirmək, onların biliklərini artırmaq və ölkədə innovativ kosmik ekosistemin formalaşmasına dəstək verməkdir.
Tədbirlər çərçivəsində iştirakçıları kosmik qida üzrə vörkşop, kosmos mövzusuna həsr olunmuş kinofestival, orta məktəb şagirdləri üçün Rumıniyanın tanınmış astronavtı Dumitru-Dorin Prunariu ilə “Astronavta sual ver” adlı vebinar, müəllimlər üçün “STEAM Təhsili: Çətinliklər və Gələcək İmkanlar” adlı seminar, APRSAF Beynəlxalq Kosmik Poster Müsabiqəsinin Milli Mərhələsinin sərgisi və digər tədbirlər gözləyir.
Mənbə: Report.Az
Comments are closed, but trackbacks and pingbacks are open.