Hərbi Prokurorluğun mətbuat katibi işdən çıxarıldı

Hərbi Prokurorluqda yeni kadr təyinatı olub.

“Qafqazinfo” Lent.az-a istinadən xəbər verir ki, bu barədə hərbi prokuror Bəhruz Əhmədov Əmr imzalayıb.

Əmrə əsasən Hərbi Prokurorluğun Mətbuat Xidmətinin rəhbəri Firad Əliyev vəzifəsindən ayrılıb. Onun yerinə ədliyyə müşaviri Samir Əzimzadə təyin olunub.

Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumatı təsdiqləyiblər.

Mətbuat katibi vəzifəsindən ayrılan F. Əliyevin hazırda fəaliyyətinə hərbi prokurorun böyük köməkçisi kimi davam etdiyi bildirilib.

Mənbə: Qafqazinfo.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More