O görüntülərlə bağlı “Qaçqınkom”dan – Açıqlama

Məcburi köçkünlərin yaşadığı “Qobu Park” yaşayış kompleksində binaların yararsız vəziyyətdə olması ilə bağlı görüntülər yayılıb.  

“Qafqazinfo” xəbər verir ki, həmin kompleksdə yaşayan sakinlərdən birinin iddiasına görə, binalar çox keyfiyyətsiz inşa olunub, 3-cü mərtəbədə yaşasa da, son günlər müşahidə olunan yağıntılı havadan sonra mənzili suyun içərisində qalıb.

Problemlə bağlı Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə müraciət etdik. Qurumdan sorğumuza cavab olaraq bildirildi ki, həmin mənzillərə dəyən zərər aradan qaldırılacaq: 

“Ötən günlərdə paytaxtda qeydə alınan güclü yağışlar nəticəsində Qaradağ rayonu ərazisində yerləşən “Qobu Park” yaşayış kompleksində bəzi mənzillərə ziyan dəyib. Məsələ dərhal nəzarətə götürülüb. Zəruri təmir-bərpa işlərinə başlanılıb, ziyan dəymiş bütün mənzillərin mərhələli şəkildə təmiri nəzərdə tutulur”.

Gülnar Əliyeva





Mənbə: Qafqazinfo.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More