Goranboyda xırdabuynuzlu heyvanlar minaya düşüb.
“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Tapqaraqoyunlu kəndi ərazisində, keçmiş təmas xəttində qeydə alınıb.
Kənd sakininə məxsus xırda buynuzla mal-qara piyada əleyhinə minaya düşüb.
Hadisə nəticəsində qoyunlardan biri tələf olub, digəri isə yaralanıb, kənd sakini xəsarət almayıb. Mina partlayışı ilə bağlı əraziyə aidiyyəti qurumların əməkdaşları cəlb olunub.
Ziya Əmirxanlı
Mənbə: Qafqazinfo.Az
Comments are closed, but trackbacks and pingbacks are open.