23 yaşlı oğlan xəstəxanaya aparılarkən öldü

Bakının Nərimanov rayonu ərazisində 23 yaşlı oğlan müəmmalı şəkildə vəfat edib.

“Qafqazinfo” xəbər verir ki, dünən saat 20 radələrində 2002-ci il təvəllüdlü Nihad Camal oğlu Seidəliyev özünü pis hiss edib.

O, xəstəxanaya aparılarkən yolda ölüb.

N.Seidəliyevin hansı səbəbdən öldüyü hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: Qafqazinfo.Az

Comments are closed.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More