“Azercell” qanvermə aksiyası keçirdi – Fotolar

Korporativ sosial məsuliyyət strategiyasına uyğun olaraq, “Azercell Telekom” MMC xeyiryyəçi təşəbbüslərə dəstəyini davam etdirir.

“Qafqazinfo” xəbər verir ki, bu gün şirkətin baş ofisində “Talassemiyasız həyat naminə!” proqramı çərçivəsində növbəti qanvermə aksiyası təşkil olunub.

Aksiyanın məqsədi talassemiya, hemofiliya və leykoz xəstəliyindən əziyyət çəkən uşaqlar üçün qan ehtiyatlarının artırılmasına və onların müalicəsinə dəstək göstərməkdir.

Azərbaycan Talassemiya Federasiyası İctimai Birliyinin təşkilatçılığı və Mərkəzi Qan Bankının ixtisaslı həkimlərinin iştirakı ilə keçirilən aksiyada “Azercell”in çoxsaylı əməkdaşları könüllü olaraq qan veriblər. Toplanan qan ehtiyacı olan uşaqların müalicəsinə yönəldiləcək.





Mənbə: Qafqazinfo.Az

Comments are closed.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More