Bakıda gənc qız dərmandan zəhərlənərək ölüb.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə Qaradağ rayonu Qızıldaş qəsəbəsində baş verib.
2004-cü il təvəllüdlü Sevinc Abdullazadə müalicə məqsədilə qəbul etdiyi dərmanların təsirindən zəhərlənərək gecə saat 01 radələrində ölüb.
Faktla bağlı Qaradağ Rayon Prokurorluğunda araşdırma aparılır.
Aslan Vəliyev
Mənbə: Qafqazinfo.Az
Comments are closed.