İtkin düşən məktəbli tapıldı

Sentyabrın 23-nə keçən gecə Masallıda itkin düşən 14 yaşlı oğlan tapılıb.

DİN-in Mətbuat xidmətinin Lənkəran regional qrupundan “Qafqazinfo”ya bildirilib ki, 2011-ci il təvəllüdlü Ü.T.-nin olduğu yer polis tərəfindən müəyyən edilib.

Yeniyetmə tapılaraq ailəsinə təhvil verilib.

Qeyd edək ki, Masallı şəhər sakini K.Tağıyeva ərizə ilə polisə müraciət edərək 2011-ci il təvəllüdlü oğlu, 8-ci sinif şagirdi Ü.T-nin itkin düşdüyünü bildirmişdi.

Mənbə: Qafqazinfo.Az

Comments are closed.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More