Netanyahu danışdı, zalı tərk etdilər – Video

İsrailin Baş naziri Benyamin Netanyahu BMT Baş Assambleyasında boykot edilib.

“Qafqazinfo” xəbər verir ki, Baş nazir BMT Baş Assambleyasında çıxışı zamanı bir çox nümayəndə heyətinin üzvləri zalı tərk edib, onu fitə basıblar.

Netanyahunun sözü isə dəfələrlə izləyicilərin qışqırtıları ilə kəsilib.

Buna səbəb isə İsrail hökumətinin Yaxın Şərqdə sülh prosesi və Fələstin ərazilərindəki vəziyyətlə bağlı mövqeyi olub.

Netanyahu israilli girovlar azad olunana qədər ölkəsinin dayanmayacağını bəyan edib.

O, həmçinin HƏMAS-ın silahlarını yerə qoymasını və İsrailin tələblərini yerinə yetirməsini tələb edib.

Netanyahu beynəlxalq ictimaiyyəti İrana qarşı sanksiyaları dərhal bərpa etməyə çağırıb.

“İran fəal şəkildə nüvə silahı və ballistik raket proqramını inkişaf etdirirdi. Bu proqram təkcə İsraili məhv etmək deyil, həm də ABŞ-ni təhdid etmək məqsədi daşıyırdı”, – Netanyahu bildirib.

Mənbə: Qafqazinfo.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More