Ağcabədidə qəza – Hərbçi xəsarət aldı

Ağcabədidə yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo”nun məlumatına görə, rayonun Muğanlı kəndində baş verən qəza zamanı hərbçi ağır xəsarət alıb.

Belə ki, 1984-cü il təvəllüdlü Salman Alıyev idarə etdiyi “VAZ 2107” markalı 05 BX 026 dövlət nömrəli nişanlı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil yol kənarındakı elektrik xəttinin dəmir şalbanına çırpılıb. 

Qəza zamanı S.Alıyev ağır xəsarət alaraq Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

S.Alıyevin hərbçi olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.

Ziya Əmirxanlı 

Mənbə: Qafqazinfo.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More