Azərbaycan və Türkiyə süni intellekt sahəsində digər ölkələrdən üstün nəticələr qazanmalıdır.
“Report” xəbər verir ki, bunu bunu İqtisadiyyat Nazirliyi yanında IV Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SIM) icraçı direktoru Fariz Cəfərov Bakıda keçirilən “INMerge” İnnovasiya Sammiti 2025 çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, yeni qəbul olunmuş “Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün süni intellekt Strategiyası”nın tətbiqi ilə bağlı bir sıra tədbirlərin həyata keçirilməsində yaxşı nəticələr ortaya qoyulacaq: “Bu mənada Türkiyə ilə əməkdaşlıq edəcəyik. Türkiyə ilə Azərbaycan elə nəticələr göstərməlidirlər ki, “banchmark” məhz bizim ölkələr olsun. Elə nəticələr qazanmalıyıq ki, Harvard, Stanford və digərlərinin deyil, özümüzün nəticələrinə baxmalıyıq”.
F.Cəfərov bildirib ki, bu sahədə kifayət qədər çox uğurlar var: “İnanırıq ki, bundan sonra da Türkiyə ilə əməkdaşlığımız davam edəcək. Biz də dəstək göstərə biləcəyimiz istiqamətlərdə Türkiyəyə yardım göstərməyə hazırıq. İmzalanmış Anlaşma Memorandumu kağız üzərində qalmayacaq. Bunun həyata keçirilməsinə nəzarət edəcəyik. Bu istiqamətdə birgə addımlar atacağıq”.
Mənbə: Report.Az
Comments are closed, but trackbacks and pingbacks are open.