Cəlal Qasımov: “INMerge” – Mərkəzi Avrasiyanın əsas innovasiya hadisəsidir”

Bu gün “INMerge” Mərkəzi Avrasiyanın əsas innovasiya hadisəsidir.

“Report”un məlumatına görə, bunu “PAŞA Holdinq” MMC-nin baş direktoru Cəlal Qasımov təmsil etdiyi qurumun təşkilatçılığı ilə Bakıda keçirilən “INMerge” İnnovasiya Sammitində bildirib.

“Beş il əvvəl korporativ görüş kimi başlayan tədbir bu gün innovasiyalar, investisiyalar və texnologiyalar üçün aparıcı regional platformaya çevrilib. Bu gün “INMerge” Mərkəzi Avrasiyanın əsas innovasiya hadisəsidir və Azərbaycan, Gürcüstan, Türkiyə, Qazaxıstan, Özbəkistan və regionun digər ölkələrindən hökumət nümayəndələrini, innovatorları, investorları, korporasiyaları, startapları və ekosistem yaradıcılarını birləşdirir”, – C.Qasımov bildirib.

Baş direktor ötən gün ilk “INMerge” İnvestisiya Forumunun baş tutduğunu xatırladıb.

“Bu hadisə başlanğıc nöqtəsi oldu, eyni zamanda kapital və tərəfdaşlığın Mərkəzi Avrasiyada inkişafı necə sürətləndirə biləcəyini göstərdi. Bu gün biz kapitalın dəstəkləyə biləcəyi ideyalara və irəliləyişlərə diqqət yetiririk. İki sammit vahid bir tam kimi düşünülüb: investisiyalar və innovasiyalar. Onlar birlikdə regionun gələcəyinin ikiqat hərəkətverici qüvvəsinə çevrilirlər. Bu il “INMerge” yeni miqyasa və yeni ambisiyalara çıxır. 5 000-dən çox iştirakçı ideya bölüşmək və birlikdə gələcəyi qurmaq üçün burada toplaşıb. Biz fintexdən süni intellektə qədər 8 əsas istiqamət üzrə 150-dən çox spikerin çıxışlarını dinləyəcəyik”, – C.Qasımov əlavə edib.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More