Telekommunikasiya şirkətləri və fintex sektorunun əməkdaşlığı rəqabətə gətirib çıxarmır, əksinə, bazar iştirakçılarının hamısı üçün fayda yaradan yeni ekosistemlər formalaşdırır.
“Report”un məlumatına görə, bunu “Kapital Bank” ASC-nin əməkdaşı Zakir Xanməmmədov “PAŞA Holdinq” MMC-nin təşkilatçılığı ilə Bakıda keçirilən “INMerge 2025” İnnovasiya Sammiti çərçivəsində – “Fintex, telekommunikasiya və bank işi – sahələr arasında sinerjinin öyrənilməsi” adlı panel müzakirəsində bildirib.
Onun sözlərinə görə, səylərin birləşdirilməsi yeni müştərilər cəlb etməyə və onlara daha rahat xidmətlər təklif etməyə imkan verir.
“Biz hər kəsin faydalandığı yeni ekosistemlər yaradırıq. Məsələn, indi mən mobil tətbiq vasitəsilə bütün ailəmin telefon balanslarını idarə edə bilərəm. Bu, vaxt qənaət edir və problemlərdən xilas edir. Əməkdaşlıq edə biləcəyimiz və yeni təcrübə, məhsullar yarada biləcəyimiz bir çox sahə var”, – Z.Xanməmmədov qeyd edib.
O əlavə edib ki, dələduzluqla mübarizə qarşılıqlı fəaliyyətin perspektivli sahəsidir: “Mobil operatorlarla birlikdə daha güclü platformalar yaratmaq mümkündür ki, bunlar müştəriyə zəng etməzdən əvvəl xəbərdarlıq edəcək və ya onu blok edəcək. Operatorlarda istifadəçilər haqqında əlavə məlumatlar var və bu, bu sahədə əməkdaşlığı xüsusilə vacib edir”.
Mənbə: Report.Az
Comments are closed, but trackbacks and pingbacks are open.