Azərbaycanda Akselerasiya Mərkəzi açılacaq.
“Report” xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev “PAŞA Holding”in təşkilatçılığı ilə Bakıda keçirilən “INMerge” İnnovasiya Sammiti 2025-də deyib.
Onun sözlərinə görə, yaxın günlərdə Beynəlxalq Telekommunikasiya İttifaqı (ITU) ilə birlikdə Azərbaycanda Akselerasiya Mərkəzini açılacaq: “Bu təkcə bizim üçün deyil, həm də MDB regionu, Mərkəzi Asiya və Cənubi Qafqaz üçün unikal olacaq. Buna görə qlobal texnologiya şirkətləri Azərbaycanı öz təyinat məkanları olaraq seçirlər”.
Mənbə: Report.Az
Comments are closed, but trackbacks and pingbacks are open.