Rəşad Nəbiyev: “Azərbaycanda son illərdə internetin sürəti 6 dəfə artıb”

Azərbaycanda son illərdə internetin sürəti 6 dəfə artıb.

“Report” xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev “PAŞA Holding”in təşkilatçılığı ilə Bakıda keçirilən “INMerge” İnnovasiya Sammiti 2025-də deyib.

Onun sözlərinə görə, süni intellekt artıq sadəcə bir alət deyil, o, insanların həyatını, yaşayış tərzini və iş üslubunu yenidən formalaşdırır: “Rəqəmsal sahə və innovasiyaya ilə bağlı nəticələr tədricən ortaya çıxır. Onlar bütöv bir ekosistem tələb edir və əksər hallarda bu ekosistem bir nazirdən və ya möcüzə ilə ekosistemi dəyişə bilən bir insandan asılı deyil. Bu, məlumatlar, bacarıqlar, institutlar və eyni zamanda kapitalın mövcudluğu ilə bağlı məsələdir”.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More