Cabir İmanovla vida mərasimi keçirildi – Fotolar – Yenilənib

Əməkdar artist Cabir İmanovun cənazəsi Nərimanov rayonundakı Cümə məscidinə gətirilib.

“Qafqazinfo”nun məlumatına görə, mərhum sənətkarın yaxınları cənazə namazında iştirak etmək üçün məscidin həyətinə toplaşıblar.

Birgə namazdan sonra Şəhriyar adına Mədəniyyət Mərkəzində onunla vida mərasimi keçiriləcək.

Qeyd edək ki, Cabir İmanov ötən gün 49 yaşında ürəktutmadan vəfat edib.

***

Şəhriyar adına Mədəniyyət Mərkəzində Əməkdar artist Cabir İmanovla vida mərasimi başlayıb.

Mərhum sənətkarın yaxınları ilə yanaşı, sənət adamları və bir sıra rəsmilər də onunla vidalaşmağa gəliblər.

***

Mərhumla vida mərasimi başa çatıb.

Onun cənazəsi dəfn olunmaq üçün “Qurd qapısı” qəbiristanlığına aparılır.

Sail Ağasəlim

Fotolar: Xəyal Vəlizadə































Mənbə: Qafqazinfo.Az

Comments are closed.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More