Naxçıvan Dövlət Universitetində (NDU) Naxçıvan İnnovasiya Mərkəzinin açılış mərasimi keçirilir.
“Report”un yeri bürosu xəbər verir ki, mərasimdə NDU-nun rektoru Elbrus İsayev, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) İdarə Heyətinin sədri Fərid Osmanov, Naxçıvan Muxtar Respublikası (MR) rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini, nazir səlahiyyətlərini müvəqqəti icra edən Azər Məmmədrəhimov, dövlət qurumlarının nümayəndələri, universitetin rəhbər və müəllim heyəti iştirak edirlər.
Qeyd edək ki, Naxçıvan İnnovasiya Mərkəzi ölkədə Bakı və Sumqayıtdan sonra açılan 3-cü regional mərkəzdir.
Mənbə: Report.Az
Comments are closed.