Bərdədə avtomobil kanala aşdı – Foto

Bərdədə idarəetmədən çıxan avtomobil kanala düşüb.

“Qafqazinfo” xəbər verir ki, 2000-ci il təvəllüdlü Mustafaza Elgün İdris oğlunun sürdüyü “VAZ 2106” markalı avtomobil hərəkətdə olarkən idarəetmədən çıxıb.

Nəticədə avtomobil yol kənarındakı kanala düşüb. Sürücü E.Mustafazanin ayağı sınıb.

Hadisə yerinə FHN-nin Bərdə yanğınsöndürən bölməsinin xilasediciləri gələrək sürücünün çıxararaq aidiyyatı üzrə təhvil verib. Avtomobilin kanaldan çıxarılması üçün iş aparılır.

Ziya Əmirxanlı


Mənbə: Qafqazinfo.Az

Comments are closed.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More