Baş prokuror Kamran Əliyev Bakı şəhəri Səbail Rayon Prokurorluğunun inzibati binasında Səbail rayonu və digər bölgələrdən olan vətəndaşları qəbul edib.
“Qafqazinfo” xəbər verir ki, qəbulda 48 vətəndaş iştirak edib.
Vətəndaşların müraciətində konkret cinayət işlərinin istintaqı, törədilmiş cinayətlər barədə məlumatların araşdırılması zamanı yol verilmiş qanun pozuntuları və məhkəmədə baxılan cinayət işləri üzrə dövlət ittihamının müdafiəsinə dair olub.
Qeyd olunan məsələlərin bilavasitə prokurorluqda və ya aidiyyəti icra orqanlarında operativ həlli üçün müvafiq göstərişlər verilib.
Mənbə: Qafqazinfo.Az
Comments are closed.