Daha bir yeniyetmə bıçaqlandı – Saxlanılan var

Gədəbəydə bıçaqlanma hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, 2008-ci il təvəllüdlü Samir Məmmədov (ad-soyad şərti) bıçaqlanma diaqnozu ilə xəstəxanaya çatdırılıb.

Hadisəni törətməkdə şübhəli bilinən 16 yaşlı yeniyetmə Zamin Nağıyev (ad-soyad şərti) saxlanılıb.

Faktla bağlı araşdırma başlanılıb.

Qeyd edək ki, ötən gün Sumqayıtda da yeniyetmələr arasında dava kriminal hadisə ilə nəticələnmişdi. 

Yunis Quliyev

Mənbə: Qafqazinfo.Az

Comments are closed.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More