Tbilisidə etirazçılar Prezident Sarayının ərazisinə basqın etdilər – Fotolar

Tbilisidə etiraz aksiyaları keçirilir. Etirazçılar Tbilisinin Atoneli küçəsində yerləşən Gürcüstan prezidentinin sarayının ərazisinə basqın ediblər.

“Qafqazinfo” gürcü KİV-ə istinadən xəbər verir ki, hadisə yerinə xüsusi təyinatlılar səfərbər olunub.

Etirazçılar hadisə yerinə səfərbər olan hüquq-mühafizə orqanlarının əməkdaşlarına daş və müxtəlif əşyalar atırlar.

Hüquq-mühafizə orqanlarının əməkdaşları su şırnaqlarından istifadə etməyə başlayıblar.






Mənbə: Qafqazinfo.Az

Comments are closed.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More