Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda dövlət qurumlarının istifadəsinə 60 yeni domen verilib.
“Report”un Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 9 % çoxdur.
Hesabat dövründə dövlət qurumlarının istifadəsinə 205 yeni subdomen də verilib ki, bu da 1 il əvvələ nisbətən 23 % azdır.
Təkcə sentyabrda 27 yeni domen və 28 subdomen istifadəyə verilib ki, bu da ötən ilin eyni dövrünün göstəricilərindən müvafiq olaraq 13,5 dəfə çox və 6,7 % azdır.
2024-cü ildə dövlət qurumları 64 yeni domen və 367 yeni subdomen alıb.
Mənbə: Report.Az
Comments are closed, but trackbacks and pingbacks are open.