Azərbaycanda dövlət qurumlarını hədəfə alan bloklanmış zərərli elektron poçt sayı 3 dəfə artıb

Bu ilin yanvar-sentyabr aylarında Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) dövlət qurumları üçün yaradılmış elektron poçt xidmətində 4 milyon 812 min 136 elektron məktubu emal edib.

“Report”un XRİTDX-in məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən 40 % azdır.

Bu ilin ilk 9 ayında emal olunan məktubların 3 milyon 233 min 596-sı istifadəçilərə çatdırılıb, 1 milyon 578 min 540-ı isə zərərli tərkibli olduğu üçün bloklanıb.

Bloklanmış məktubların sayı əvvəlki iki rübün göstərisinə nisbətən 17 %, 1 il əvvəllə müqayisədə isə 3 dəfə artıb.

Xatırladaq ki, 2024-cü ildə dövlət elektron poçt xidmətinə 30 milyon 255 min 757 məktub daxil olub, onlardan 28 milyon 142 min 767-si istifadəçilərə çatdırılıb, 2 milyon 112 min 990-nı zərərli tərkibli olduğu üçün blok edilib.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More