Azərbaycanın dövlət qurumlarına kiberhücumlar sentyabrda 44 % azalıb

Bu ilin yanvar-sentyabr aylarında Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti dövlət qurumlarına 648 kiberhücum indikatoru (IOC) müəyyən edib.

“Report”un Dövlət Xidmətinin məlumatları əsasında apardığı hesablamalarına görə, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 12 % azdır.

Kibertəhdidlərin 216-sı daxili araşdırma, 434-ü isə dövlət qurumlarından daxil olmuş insidentlərin araşdırılması əsasında müəyyən olunaraq bloklanıb.

Təkcə sentyabr ayında isə 36 kiberhücum müəyyən olunub ki, bu da 1 il əvvələ nisbətən 44 % azdır.

2024-cü ildə dövlət qurumlarına 1 070 kiberhücum qeydə alınıb ki, bunun da 550-si daxili araşdırma, 520-si isə dövlət qurumlarından daxil olmuş insidentlərin araşdırılması əsasında müəyyən olunaraq bloklanıb.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More