“Report”un əməkdaşı “Azərpoçt” tərəfindən keçirilən yazı müsabiqəsinin qalibi olub

9 oktyabr – Ümumdünya Poçt Günü ərəfəsində “Azərpoçt” MMC tərəfindən jurnalistlər arasında təşkil edilmiş məqalə müsabiqəsinin qalibləri açıqlanıb.

“Report”un məlumatına görə, “Report” İnformasiya Agentliyinin iqtisadiyyat şöbəsinin rəhbəri və baş redaktorun müavini İlahə Məmmədli qaliblər sırasında yer alıb.

Belə ki, İlahə Məmmədli “Müasir dünyada və Azərbaycanda ənənəvi poçtun transformasiyası” mövzusunda məqalə müsabiqəsində I yeri tutub. Həmçinin AZƏRTAC-ın iqtisadiyyat müxbiri Pərvanə Qafarova və “İki sahil” qəzetinin əməkdaşı Yaqut Aslanova da birinci yerə layiq görülüb.

II yeri “Yeni Sabah” saytının əməkdaşı Nazim Hacıyev, “Səs” qəzetinin jurnalisti Lalə Mehrəliyeva və AZƏRTAC-ın müxbiri Süvar İbadov layiq görülüblər.

Mükafatlandırma mərasimində qaliblərə xüsusi diplomlar, pul mükafatları və Azərbaycan milli mətbuatının 150 illiyi münasibətilə buraxılmış markalar təqdim edilib.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More