Süni intellektlə bağlı qanunlar çox mürəkkəbdir, universal bir forma yoxdur ki, hər kəs onu qəbul etsin.
“Report” xəbər verir ki, bunu Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) baş katibi Asəf Hacıyev Milli Məclisdə keçirilən QDİƏT Parlament Assambleyasının (PA) Sosial və Humanitar Siyasət Komitəsinin süni intellektə həsr olunan 65-ci iclasında deyib.
Baş katib qeyd edib ki, bu baxımdan parlamentlərin üzərinə böyük məsuliyyət düşür:
“Amma mütləq bir çərçivə olmalıdır ki, buna əməl olunsun və süni intellekt problemlərə səbəb olmasın. Düşünürəm ki, bütün parlamentlər bu məsələyə ciddi yanaşacaqlar. Nazirliklər isə süni intellektlə bağlı qanunların hazırlanmasında aktiv iştirak etməlidirlər”.
Mənbə: Report.Az
Comments are closed, but trackbacks and pingbacks are open.