“Uşaqların yanında Lamiyəyə 11 bıçaq vurub başını divara çırpıb” – Video

Xəbər verdiyimiz kimi, Şirvan Rayon Mərkəzi Xəstəxanasının ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Lamiyə Qanbayeva əri tərəfindən fiziki zorakılığa məruz qalaraq xəstəxanaya yerləşdirilib.

“Qafqazinfo”nun məlumatına görə, hadisə ilə bağlı zərərçəkənin dayısı Vüqar Ağayev açıqlama verib.

“Bir həftə əvvəl rəsmi boşanıblar. Bu gün qız işdən qayıdanda anası və iki uşağı da yanında olub. Evə qalxanda Tural liftin qarşısında onların önünü kəsib. Çünki bilirdi ki, Lamiyəgilin qapısında təhlükəsizlik kameraları var. Birinci 11 bıçaq vurub, sonra başını divara çırpıb. Başını kəsmək istəyəndə qız başını qaçırıb bıçaq ağız nahiyəsini də kəsib. Hadisə uşaqların gözü qarşısında olub”.

Qeyd edək ki, cinayət əməlini törətməkdə şübhəli bilinən Lamiyə Qanbayevanın keçmiş həyat yoldaşı, 1986-cı il təvəllüdlü Tural Qanbayevin tutulması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər görülür.

Yunis Quliyev

Mənbə: Qafqazinfo.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More