Ağdaşda iki bacını maşın vurub öldürdü

Ağdaşda piyada ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo”nun məlumatına görə, hadisə Əmirarx kəndi ərazisində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “Mersedes” markalı minik maşını yolu keçən iki nəfəri vurub.

Hər iki piyada aldıqları xəsarətdən sonra ölüb.

Məlumata görə, onlar 1976-cı il təvəllüdlü Ramazanova Sədaqət və 1978-ci il təvəllüdlü Elnarə Soltanovadır.

Qeyd edək ki, qadınlar bacı olublar.

Faktla bağlı araşdırma aparılır.

Ziya Əmirxanlı

Mənbə: Qafqazinfo.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More