Avtomobil yolda uzanan kişinin üstündən keçdi

Göyçay rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

“Qafqazinfo” xəbər verir ki, rayon sakini Ağakərim Ağayev idarə etdiyi “VAZ-2107” markalı avtomobillə Göyçay şəhəri Natavan küçəsində yolun sağ hissəsində uzanıqlı vəziyyətdə olan kişini vurub. Ağır xəsarətlər alan şəxs hadisə yerində ölüb.

İlkin araşdırmalarla vəfat edən şəxsin 41 yaşlı Taleh Əliağa oğlu Əliyev olması müəyyənləşib.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: Qafqazinfo.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More