Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda dövlət qurumlarının adına bənzər 26 saxta domen bloklanıb.
“Report”un Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 3 dəfə azdır.
Təkcə III rübdə 7 saxta domen bloklanıb ki, bu da əvvəlki rübə nisbətən 2 dəfə, bir il öncəki göstərici ilə müqayisədə isə 7,6 dəfə azdır.
Xatırladaq ki, 2024-cü ildə dövlət qurumlarını hədəf alan 100 saxta domen aşkarlanaraq bloklanıb.
Mənbə: Report.Az
Comments are closed, but trackbacks and pingbacks are open.