Bir həftə əvvəl yanğında xəsarət almışdı, öldü

Ötən həftə Ağdamın Quzanlı qəsəbəsində evdə baş verən yanğın zamanı xəsarət alan 60 yaşlı qadın ölüb.

“Qafqazinfo”nun xəbərinə görə, İsmayılova Zibeydə Qənimət qızı ikinci dərəcəli yanıq xəsarətləri ilə yerləşdirildiyi Respublika Yanıq Mərkəzində vəfat edib.

Qeyd edək ki, hadisə oktyabrın 2-də rayon sakini İsmayılov Əhəd Natiq oğluna məxsus 3 otaqlı evdə baş verib. Hadisə zamanı 1965-ci il təvəllüdlü Z. İsmayılova ikinci dərəcəli, onun nəvəsi 2013-cü il təvəllüdlü İsmayılova Nəzrin Əhəd qızı isə birinci dərəcəli yanıq xəsarətləri alıb.

Hazırda N.İsmayılovanın müalicəsi ev şəraitində davam etdirilir.

Ziya Əmirxanlı

Mənbə: Qafqazinfo.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More