Azərbaycanda fərdi məlumatların mühafizəsi haqqında qanun yenilənir

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin (ETX) fərdi məlumatların mühafizəsi haqqında qanununun yeni layihəsini hazırlayıb.

“Report” xəbər verir ki, bunu ETX-nın rəisi Fərid Zeynalov “Kritik İnfrastrukturun Müdafiə Yarışı” (CIDC-2025) tədbiri çərçivəsində təşkil olunmuş konfransda deyib.

Onun sözlərinə görə hazırda qanun layihəsi baxılmaqdadır: “Ümid edirik ki, yeni qanun layihəsi müasir çağırışlara cavab verməyə xidmət edəcək və insanların, vətəndaşların hüquqlarını lazımı şəkildə qorumağa xidmət edəcəkdir”.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More