Bu ilin sonuna qədər fərdi məlumatların informasiya sistemlərinin dövlət reyestri formalaşdırılacaq

Bu ilin sonuna qədər Azərbaycanda fərdi məlumat toplayan bütün sistemlər fərdi məlumatların informasiya sistemlərinin dövlət reyestrində cəmləşəcək.

“Report” xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin rəisi Fərid Zeynalov “Kritik İnfrastrukturun Müdafiə Yarışı” (CIDC-2025) tədbiri çərçivəsində təşkil olunmuş konfransda bildirib.

O qeyd edib ki, bütün dövlət və özəl qurumlara bununla bağlı müraciətlər göndərilib: “Beləliklə həmin təşkilatlarda istifadədə olan, fərdi məlumatları emal edən sistemlərin siyahısını bizə göndərirlər. Onun əsasında isə həmin sistemlər reyestrə daxil edilir. Bundan sonra onlara müvafiq qaydada lisenziyalar da verilir.

Sistemlərə müəyyən tələblər də qoyulur. Onların içində mütləq şəkildə həmin bu fərdi məlumatı kimin, nə zaman daxil etməsi, hansı dəyişikliklərin edilməsi olmalıdır”.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More