Bəzi qurumlar kibertəhlükəsizlik üçün olan ən minimal tələbələri belə təmin etmirlər.
“Report” xəbər verir ki, bunu Dövlət Təhlükəsizliyi Xidmətinin Milli Kibertəhlükəsizlik Mərkəzinin rəisi Davud Rüstəmov “Kritik İnfrastrukturun Müdafiə Yarışı” (CIDC-2025) tədbiri çərçivəsində təşkil olunmuş konfransda deyib.
Onun sözlərinə görə, əgər bu tələblər yerinə yetirilsə, Azərbaycanda kibertəhlükəsizlik sahəsində risk yarıya enə bilər:
“Azərbaycanda yalnız iri sahibkarlıq subyektləri bu sahəyə daxil edilir. Lakin kiçik və ya orta sahibkarlıq subyektləri üçün də risklər var.
Kibertəhlükəsizlik üçün olan tələblər ən aşağı tələbələrdir. Hələ də minimal tələbləri yerinə yetirə bilməyən subyektlərin olması, bu sahədə çatışmazlığın göstəricisidir”.
Mərkəzin rəisi əlavə edib ki, “ağıllı şəhərlər” in ikişafı üçün Azərbaycan tədbirlər görür və bu sahədə təhlükəsizliyinin qorunmasından danışırıqsa, artıq daha böyük tədbirlər görülməlidir:
“Təhsil sistemində, eyni zamanda AMEA-da bununla bağlı tədqiqat mövzuları olmalıdır. Səlahiyyətli qurumlarla iş aparılmalıdır, özəl-dövlət sektoru, QHT-lər bu işə maraq göstərməlidir”.
Mənbə: Report.Az
Comments are closed, but trackbacks and pingbacks are open.