DİN-in əməkdaşı: Kibertəhlükəsizlikdə əsas problemlərdən biri köhnə proqram təminatıdır

Kibertəhlükəsizlikdə əsas problemlərdən biri köhnə proqram təminatıdır.

“Report” xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin (DİN) Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin şöbə rəisi Yusif Hüseynov “Kritik İnfrastrukturun Müdafiə Yarışı” (CIDC-2025) tədbiri çərçivəsində təşkil olunmuş konfransda deyib.

Onun sözlərinə görə, kibercinayətlərin üçdə biri İOT cihazlarına qarşı baş verir:

“2024-cü ilin statistikasına görə, beynəlxalq arenada 600 minə yaxın İOT cihazı hücuma məruz qalıb. Bu da rekord göstəricidir. Bu cihazlar cinayətlərin açılmasında mühüm yer tutur. Yaxşı tərəfi ilə bərabər, təhlükəli tərəfi də var. Ona görə də təhlükəsizlik tədbirləri görülməlidir”.

Şöbə rəisi bildirib ki, təhlükəsizlik üçün quraşdırılan cihazlarda seqmentasiya problemi ortaya çıxır:

“Bir cihazın istər evdə və ya korporativ müəssisədə ələ keçirilməsi də böyük problemdir. Bundan əlavə, baş verən hücumların 60 %-i proqram təminatının köhnə olmasından asılı olur. Baş verən hadisələrin 70 %-i ümumi istifadəli şifrələrdən, bilərək və ya bilməyərəkdən səhv proqramlara daxil olmasından asılıdır. Texnika təhlükəli deyil, amma onda necə istifadə etməyimiz bizdən asılıdır”.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More