Xalq artisti Əminə Yusifqızı vəfat edib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Report”a Xalq artistinin yaxınları məlumat verib.
***
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, Xalq artisti Əminə Yusifqızı ilə əlaqədar oktyabrın 9-u saat 14:20 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə müraciət daxil olub.
Məlumata görə, çağırış ünvanına dərhal təcili tibbi yardım briqadası cəlb olunub: “Bu zaman Xalq artistinin həkiməqədər ölüm faktı qeydə alınıb”.
Qeyd edək ki, sentyabrın 24-də Xalq artistinin 89 yaşı tamam olub.
Mənbə: Qafqazinfo.Az
Comments are closed, but trackbacks and pingbacks are open.