Lənkəranda bıçaqlanma hadisəsi baş verib.
“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Liman şəhərində olub.
Belə ki, 2003-cü il təvəllüdlü Camal Fərhad oğlu Abdullayev sol döş qəfəsinin və qarın boşluğunun kəsilmiş-deşilmiş yarası diaqnozu ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
Onun xəsarəti ciddi olduğundan dərhal əməliyyata alınıb.
Hadisəni törətməkdə C.Abdullayevin qardaşı şübhəli bilinir.
Surxay Şahbazov
Mənbə: Qafqazinfo.Az
Comments are closed, but trackbacks and pingbacks are open.